news Image
2019.07.04
13:06
| A A A
Nazarbayevin nəvəsinin intihar cəhdi təsdiqləndi - FOTO

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev, gerçəkdən də, Londonda intihar etmək istəyib.

Movqe.az RBK-ya istinadən bildirir ki, Londonun Sautark rayonundakı Kral Məhkəməsi A.Nazarbayevi polis əməkdaşına xəsarət yetirməkdə suçlayıb.

Otel nömrəsindəki intihara cəhdin depressiya ilə bağlı olduğu iddia edilir.

A.Nazarbayevin onun intihar cəhdinə mane olmağa çalışan polis konstebli Ross Sembrukun qolunu dişlədiyi deyilir.

Aysultan Nazarbayev sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqanın və mərhum iş adamı Rahat Əliyevin oğludur. D.Nazarbayeva hazırda Qazaxıstan Senatının spikeridir.

Britaniyadakı Sanderhösrt Kral Hərbi Akademiyasını başa vurandan sonra A.Nazarbayev Qazaxıstanda hərbi əks-kəşfiyyatda xidmət edib.

2017-ci ilin sentyabrında o, ana babası, akademik Muxtar Əliyevin vəfatından sonra depressiyaya qapıldığını və narkotik maddələr qəbul etməyə başladığını etiraf etmişdi.

2013-cü ildə Aysultan Nazarbayev "KazRosQaz"ın rəhbəri Kayrat Boronbayevin qızı ilə ailə qurub.