Əlaqə Arxiv
news Image
2019.08.15
17:03
| A A A
Kremlin ərazisində bomba tapılıb

Moskvada Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin komendantı general-leytnant Sergey Xlebnikov məlumat verib.

Onun sözlərinə görə, aviasiya bombası Kremlin ərazisində torpaq bərkidilən zaman aşkar edilib: "Çar dövründə həmin yerdə buzxana yerləşib. Orada hidroizolyasiya üçün torpağı qazıblar".

Kremlin komendantı bombanın zərərsizləşdirildiyini və məhv edilməsi üçün aparıldığını söyləyib.  

Qeyd edək ki, 1941-ci ilin 10-11 avqust tarixlərində İkinci Dünya müharibəsi zamanı atılan bombalardan biri Kremlin Nikolskaya qülləsinin yanına düşüb.

Sizin Reklam Yeriniz