Əlaqə Arxiv
news Image
2019.08.16
14:17
| A A A
Kür çayının aşağı axınında suyun səviyyəsi artıb
Kürdə suyun səviyyəsi qalxır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Movqe.az-a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 180, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90 faizini təşkil edir.

Departamentdən bildiriblər ki, avqustun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 89 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 66 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 19 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 28 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 33 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 62 faizinə bərabərdir.

Avqustun 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 324 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 65 santimetr olub. Salyanda suyun səviyyəsi 9 santimetr artaraq 89 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 155 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artaraq 30 santimetrə bərabər olub.

Sizin Reklam Yeriniz