Əlaqə Arxiv
news Image
2019.11.17
20:52
| A A A
Cihazlar uşaqların beyninə necə təsir edir

Alimlər apardıqları araşdırma üçün, əqli qabiliyyət göstəriciləri ölçülmüş 3-5 yaş arası 47 uşaq seçmişdir. Onların valideynlərindən uşaqların planşet və smartfondan istifadə edərkən vərdişləri haqda soruşulmuşdur.

Mövqe.az deyerler.org-a istinadən bildirir ki,  uşaqlara verilən suallar bunlardan ibarət olub: "Uşaqlar cihazlardan nə qədər istifadə edirlər? Hansı məzmuna baxırlar? Böyüklər uşağın cihazla nə etdiyinə diqqət yetirirmi?" Təcrübədə iştirak edən bütün iştirakçılar MRT (maqnit-rezonans tomoqrafiyası) yoxlanışından keçirilib. Son zamanlar tez-tez müxtəlif mənbələrdən cihazların uşaqlara təsiri ilə bağlı suallar meydana çıxır. Bir qrup amerikalı alim bunun doğru olub olmadığını yoxlamaq qərarına gəlir. "JAMA Pediatrics" nəşrində yayımlanan araşdırma təkcə statistikaya deyil, eyni zamanda beynin MRT müayinəsinin nəticələrinə də əsaslanır. Nəticədə skaner yoxlamasından sonra, cihazların ekranı qarşısında çox vaxt keçirmiş uşaqlarda, alimlərin qeyd etdiyi (ağ maddənin bütövlüyü) üzə çıxmışdır.

Uşaq Xəstəxanasının aparıcı müəllifi Con Hatton, təcrübədə iştirak edən uşaqlarda cihazların tez-tez istifadəsi ilə daha az istifadəsi arasında "ağ maddə bütövlüyü"nün yaranmasında aydın bir əlaqə olduğunu deyib. Bu struktur dəyişikliyi, yəqin ki, uşaqların da keçdiyi əqli testin nəticələrində öz əksini tapmışdır. Test, cihazların yüksək istifadəsi ilə dil və qrammatika bacarıqlarının aşağı səviyyədə olması arasındakı əlaqəni göstərir. Cihazlarda işləmə müddətinin beynin inkişafında dəyişikliklərə səbəb olması tam aydın deyil, bununla yanaşı tapdığımız əlaqəni izah edə biləcək bir çox amil var", - deyə Kalqari Universitetinin həkimi Loren Brey bildirmişdir.

Brey başqa bir uşaq qrupuna MRT müayinəsi aparmışdır. Brey uşağın cihazlardan istifadə etməsinə nə qədər çox vaxt sərf etsə, daha çox diqqət çatışmazlığının, hiperaktivlik pozulmasının əmələ gələcəyini bildirmişdir. Bu araşdırma həmçinin simptomların uşaqların smartfon və planşet ekranlarının qarşısında vaxt keçirmələrinin səbəbi ola biləcəyini də göstərir.

Sizin Reklam Yeriniz