Əlaqə Arxiv
news Image
2019.11.22
21:54
| A A A
DST: Yeniyetmələrin böyük əksəriyyəti hərəkətsizdir

Bu gün dünyada yeniyetmələrin cəmi beşdə biri, o cümlədən qızların 15 faizi gündəlik hərəkət normasını yerinə yetirir.

Mövqe.az DW-yə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının “The Lancet” elmi nəşrində dərc olunan və 2001-2016-cı illər ərzində 146 ölkədə 11-17 yaş həddindəki 1,6 milyon uşaq arasında aparılmış sorğuya əsaslanan araşdırmasında bildirilir.

Araşdırmaya görə, yeniyetmələrin hərəkətdən qalması daha çox “elektron inqilab”, bir sıra ölkələrdə isə təhlükəsizliyin təmin olunmaması ilə bağlıdır. 

Araşdırmanı hazırlayan ekspertlərdən Lian Rayli bu barədə deyib: “Bəzi yerlərdə küçəyə çıxmaq, orada çox hərəkət etmək getdikcə daha təhlükəli olur. Bayıra çıxmaq xatalı olanda yeniyetmələr məktəbə piyada getməməyə, çıxıb velosiped sürməməyə daha çox üstünlük verməyə başlayırlar”.

Ümumiyyətlə, DST-nin tövsiyəsinə görə, 5-17 yaş həddindəki uşaqlar gündə ən azı 60 dəqiqə, 18-64 yaş həddindəki şəxslər isə həftədə ən azı 150 dəqiqə hərəkətdə, yaxud da ən azı 75 dəqiqə idman məşğələlərində olmalıdır.

Sizin Reklam Yeriniz