Əlaqə Arxiv
news Image
2019.12.05
22:59
| A A A
Hacı Zeynalabdin Tağıyevin evi 17 milyona satışa çıxarıldı

Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Türkiyənini Büyükada ərazisində yerləşən evi satışa çıxarılıb.

Mövqe.az xəbər verir ki, bu barədə “Takvim” qəzeti məlumat yayıb.

Bildirilir ki, 300-dən çox yaşı olan tarixi binanın dəyəri isə 17 milyon lirədir (təxminən – 5 milyon 15 min 706 manat).

Birinci dərəcəli tarixi əsər adlandırılan evin Osmanlı dönəmində tikildiyi, daha sonra H.Z.Tağıyev tərəfindən satın alındığı söylənilir.

Hazırda xeyriyyəçinin nəvələri tərəfindən müəyyən aylarda istifadə olunan bina 2 min 400 kvadratmetrdir. 5 otaq və 2 zaldan ibarət evin həyətində xidmətçilərin yaşaması üçün xüsusi bir ev də var. Dəniz mənzərələri evi almaq üçün bir neçə nəfərin müraciət etdiyi deyilir.

Sizin Reklam Yeriniz