Əlaqə Arxiv
news Image
2019.12.08
12:42
| A A A
Qızılca səbəbindən məktəblər bağlandı

Samoada qızılca səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlərin keçirilməsi qadağan edilib.

Mövqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Samoanın Səhiyyə Departamentindən bildiriblər.

Departamentin məlumatında deyilir: "Bütün məktəblər (özəl və dövlət), məktəbəqədər təhsil mərkəzləri və uşaq bağçaları növbəti qərara qədər gələn həftənin bazar ertəsi günü, dekbarın 9-u bağlanacaq. Kilsə xidmətləri istisna olmaqla, bütün ictimai tədbirlər növbəti xəbərdarlığaqədər qadağan edilir".

Bildirilir ki, Samoada 9 yoluxma halı qeydə alınıb.

Sizin Reklam Yeriniz