Əlaqə Arxiv
news Image
2019.12.12
18:24
| A A A
2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO

Universitetdə işləyən qadın ölümündən 8 il sonra dəfn edilib.

Mövqe.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xərçəng olduğunu öyrənən Ayşe Kızmaz adlı türkiyəli qadın öldükdən sonra xəstəxanada cəsədindən test məqsədli istifadə olunmasını vəsiyyət edib.

O, öldükdən sonra 8 il boyunca cəsədinin üzərində tibb fakultəsi tələbələrinə dərs öyrədilib. Ayşe Kızmazın cəsədi bir neçə gün əvvəl yaxınlarının iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, 1981-ci ildə Metin Aşçı adlı şəxslə ailə quran Ayşe Kızmaz 27 yaşında xərçəng xəstəliyinə yoluxduğunu öyrənib. 10 dəfədən çox əməliyyat olunan Ayşe Kızmaz 2011-ci ildə vəfat edib.

Sizin Reklam Yeriniz