Əlaqə Arxiv
news Image
2020.01.10
18:32
| A A A
Bu qadınlar saçlarını kəsmir - Maraqlı səbəb - FOTO

Çinin Huanqlo kəndində qadınlar saçlarını heç vaxt kəsdirmir.

Mövqe xəbər verir ki, Çinin Huanqlo kəndində uzun saç qadınlar üçün böyük əhəmiyyət kəsb edir. Ömürləri boyu heç vaxt saçlarına qayçı vurmayan həmin qadınlar inanırlar ki, uzun saç onlara uzun ömür və xoşbəxtlik gətirir.

Belə ki, kənddə yaşayan qadınların saçları 1 metr 80 santimetr hətta bəzən 5 metr uzunluğunda olur. Lakin bu qadınların ömürlərində sadəcə bir dəfə saçlarını kəsmək icazələri var. O da 16 yaşları tamam olan gün özlərinə həyat yoldaşı axtarmadan əvvəl. Hətta saçların verdiyi mesaj belə həmin əraziyə gələn turistləri təəccübləndirir. Əgər uzun saçlar başın önündə toplanmışsa demək həmin qadın evli lakin uşaq sahibi deyil. Yox əgər uzun saçlara yaylıq bağlanıbsa bu onların subay olduğunu və sevgili axtardıqlarını göstərir.

Qadınlardan ipək kimi hamar və parlaq saçların sirrini soruşduqda onlar saçlarını düyü suyu ilə yuduqlarını deyiblər.

Sizin Reklam Yeriniz