news Image
2012.05.10
12:13
| A A A
Dünyanın ən gombul pişiyi öldü

Mövqe.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın New-Mexico əyalətində kilosu ilə beynəlxalq şöhrət qazanan "Meow" adlı kök pişik ölüb.

"Santa Fe"adlı heyvanat sığınacağından verilən məlumata görə, 18 kiloqram ağırlığında olan "Meow" çəkisinin artıq olması ilə bağlı ağırlaşması səbəbinə görə ölüb.

Pəhriz saxlayan və 900 qram arıqlayan "Meow"un tənəffüs problemi yaşadığı və bütün səylərə baxmayaraq xilas edilə bilmədiyi qeyd edilib.

"Meow"nun sahibinin 87 yaşı olduğundan və artıq pişiyinə baxa bilmədiyinə görə keçən ay onu heyvanat sığınacağına təslim edib.

2 ilə 5 yaşları arasında olduğu təxmin edilən "Meow" sığınacaqda pəhriz saxlayıb və "Facebook" səhifəsində nümayiş olunan kilosu ilə diqqətləri üzərinə çəkib.

"Meow"nun necə bu qədər çox kilo alması bilinmir, ancaq səbəbini yüksək kalorili yeməklərdə və hərəkətsizlik olmasında görürlər.

Yetkin pişiklərin kilosu,ümumiyyətlə, 3-5 kiloqram arasında dəyişir.


Ziba Yusifova

Movqe.az