Əlaqə Arxiv
news Image
2020.01.12
15:28
| A A A
Milyonçunu dilənçi bilib, 5 dollar verdilər

"Harri Potter" filmləri ilə məşhurlaşan ingilis aktyor Deniel Redklifi bu yaxınlarda Nyu-Yorkdakı küçələrin birində dilənçi hesab ediblər. 

Mövqe.az axşam.az-a istinadən bildirir ki, bu barədə 30 yaşlı milyonçu Redklif "Qrem Norton Şou"sunda qonaq olarkən danışıb:

"Sevgilimlə Nyu-Yorkda idik. Şəhərdə gəzərkən o mağazaya girdi. Mən isə küçədə itimizlə onu gözləyirdim. Həmin gün hava çox soyuq idi. Əynimdə gödəkçə, başımda papaq var idi. Soyuqdan it də üşüyürdü. Dizlərimi yerə atıb, iti isitmək üçün onu qucaqladım. Kənardan bir oğlanın mənə baxdığını gördüm. O, mənə yaxınlaşdı və 5 dollar uzadaraq dedi: "Özünə kofe alarsan, dostum!". Bu sözlərdən sonra qərara gəldim ki, tez-tez üzümü qırxım".

Sizin Reklam Yeriniz