Əlaqə Arxiv
news Image
2020.02.07
19:24
| A A A
Makiyajla yatmamaq üçün 4 əsas səbəb

Bəzən qadınlar gərgin iş gününün sonunda makiyajlarını təmziləmədən yatağa girirlər. Bu isə üzdə ciddi fəsadlara yol aça bilər.

Mövqe.az qafqazinfo-ya istinadən makiyajla yatmamaq üçün 4 mühüm səbəbi təqdim edir:

Makiyajla yatmaq dərinizin yağ tarazlığını poza bilər və xoşagəlməz fəsadlara yol açar. Dəridə yağ paylanmasının pzulması sızanaqlara və qara nöqtələrə səbəb olur.  

Tuş və göz kölgəsini təmizləmədən yhatsanız, gözətrafınız nəfəs almayacaq, bu isə qara kölgələrin yaranmasına, kirpiklərin qırılmasına səbəb olacaq. Daha da təhlükəlisi isə göz infeksiyalarına yoluxma təhlükəsidir.

Makiyajla yatmaq dərini daha tez qocaldır. Qırışlar artır, dəri sallanır.

Makiyajla yatmaq səhər yuxudan durarkən dərinin daha da ağırlaşmasına, bu səbəbdən axşamla müqayisədə makiyajı təmizləməyin çətinləşməsinə gətirib çıxarır.

Sizin Reklam Yeriniz