Əlaqə Arxiv
news Image
2020.02.07
11:39
| A A A
Evdə su kranını açdılar, alkoqol gəldi

Hindistanın Trissur şəhərində (Kerala ştatı) çoxmənzilli binada 18 ailə su ilə bağlı rəhbərliyə şikayət edib.

Mövqe.az “New Minute”a istinadən xəbər verir ki, bina sakinləri kranlardan içməli su yerinə alkoqolun axdığından şikayətçi olublar.

Sakinlərin sözlərinə görə, əvvəl binaya alkoqol qoxusu yayılıb, növbəti gün isə kranlardan su ilə likörün qarışığı axmağa başlayıb.

Məlum olub ki, 6 il öncə binanın yanında bar mövcud olub. Bir müddət sonra barı bağlayıblar və bütün alkoqolu müsadirə ediblər.

Keçən həftə dövlət işçiləri alkoqolun utilizasiyasına icazə alıblar və onu bar yanında basdırıblar. Nəticədə 6 000 litr alkoqol su təmini sisteminə sızıb və su ilə qarışıb. 

Sizin Reklam Yeriniz