Əlaqə Arxiv
news Image
2012.05.11
12:27
| A A A
Fasilə vaxtı “rəqs ziyafəti”

Mövqe.Az BBC-yə istinadən xəbər verir ki, İsveçin Malmo şəhərində iş adamları fasilə vaxtında rahatlamaq üçün rəqs edirlər. İş zamanı günorta fasiləsinə çıxanlar Malmodşəhər mərkəzinə yaxın bir rəqs edilən yerə axın edib və 1960-cı illərinmusiqisi ilə rəqs edirlər. Bu bir saatlıq fasilə "Lunch beat" adlandırılır və saat 12:00-da başlayıb, saat 13:00-da sona çatır.

Təşkilatçılar, fasilə arasında rəqs etməyin işçilərin günortadan sonrakı işində səmərəsini artırdığını söyləyirlər. Malmo Bələdiyyəsində ətraf layihələr üzrə işlərə baxan Linnea Appessal, qatıldığı ilk rəqsdə "müsbət enerji" əldə etdiyini bildirib.

Təşkilatçılar Avropa xaricində, Amerika Birləşmiş Ştatları və Hindistanda da belə rəqs saatları təşkil etmək istəyirlər.

Bu bir saatlıq rəqs zamanı spirtli içkiyə icazə verilmir və beləliklə, heç bir problem meydana çıxmır.

Ziba Yusifova

Movqe.Az

Sizin Reklam Yeriniz