news Image
2013.07.01
16:00
| A A A
Kişilər 43 yaşına qədər uşaq kimidir?

Movqe.Az xəbər verir ki, kişilərin ideal yetkinliyə qadınlardan düz 11 il sonra, 43 yaşında çatdıqları təyin olunub. İngiltərədə edilən bir araşdırmaya görə, qadınlar 32 yaşında romantik və zehni istiqamətdən inkişaflarını tamamlayaraq yetkinliyə çatdığı halda, kişilər uşaq kimi davranışlar sərgiləməyə davam edir. Araşdırma qrupunun başçısı Tim Patterson, xüsusilə ikitərəfli münasibətlərdə bu yetkinlik fərqinin bütün aydınlığı ilə ortaya çıxdığını qeyd edib. Araşdırma, İngiltərədəki kişilərin yetkin yaşlarda nümayiş etdirdikləri ən məşhur uşaq davranışlarını müəyyən edib. "Breaking Wind" filmini hələ də bəyənmələri, çox sürətli və tələsik halda vasitə istifadə etmələri, kompüter oyunlarına olan maraqları buna aiddir. Həmçinin qadınların 30 yaşlardakı kişilərdə gördüyü bəzi yetkin olmayan davranışlar isə belədir: Günortadan sonra nahar etmək, yüksək səsli musiqiylə vasitə istifadə etmək, sadə yeməkləri belə bişirə bilməmək, karikaturalı yataq örtüklərini xoşlanmaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs