news Image
2012.05.11
12:31
| A A A
Liçtensteynin rəsm əsərinə rekord qiymət verilib

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Amerikalı pop sənətçi Roy Liçtensteynin bir əsərini təxminən 45 milyon dollara alan alıcı tapılıb. Bu, məşhur sənətçi üçün yeni bir rekorddur. 1964-cü ilə məxsus olan "Yatmış Qız" adlı əsər 44.9 milyon dollara Nyu Yorkdakı "Sotheby" hərrac evində satılıb. Eyni yerdə Endi Varholun ''Cut Elvis'' adlı əsərinə də 37 milyon dollar qiymət verən alıcı tapılıb. Ancaq Varholun məşhur müğənniyə həsr etdiyi 22 əsərdən biri olan Elvis portretinin ən az 50 milyon dollara satılması gözlənilirdi.

Xatırladaq ki, bir neçə gün əvvəl Nyu Yorkdakı başqa bir hərracda

1961-ci ildə çəkilən Mark Rotko portreti 86.9 milyon dollara satılıb.

Ziba Yusifova

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs