Əlaqə Arxiv
news Image
2013.07.02
16:29
| A A A
Yaşlı valideynləri ziyarət etmək haqda qanun qəbul edilib

Movqe.Az xəbər verir ki, Çində yaşlıların mütəmadi ziyarət edilməsini nəzərdə tutan "Yaşlıların hüquq və maraqlarını Qoruma Qanunu" qüvvəyə minib. Ölkənin artan yaşlı əhalisinin problemlərini həll etmək üçün atılan addımlardan biri olan bu qanuna görə, valideynlərindən ayrı yaşayan ailə üzvlərinin mütəmadi olaraq yaşlı qohumlarını ziyarət etməsi lazımdır. Ailə üzvlərinin yaşlı valideyn və qohumlarının mənəvi ehtiyaclarını ödəməkdə öhdəçilikli olacağı və onlara soyuq davrananların cərimə ala biləcəyi deyilsə də, cəzaların məzmunu haqqında məlumat yoxdur. Çində tətbiq olunan tək uşaq siyasəti ucbatından uşaqların ailələriylə kifayət qədər maraqlanmadığı deyilir. Qanuna görə, işəgötürənlər işçilərinə valideyn ziyarəti üçün icazə verəcək və bu haqq dövlət zəmanəti altına alınacaq. Qanunda həmçinin yaşlılara kira yardımı nəzərdə tutulur. Çində 2011-ci ilin sonu alınan məlumatlara görə, 60 yaş və daha çox yaşı olan 184 milyon əhali yaşayır və bu da ölkə əhalisinin 13,7 faizini təşkil edir. Çində yaşlı əhalinin 2033-ci ilə qədər 400 milyonu aşması gözlənilir.

Sizin Reklam Yeriniz