Əlaqə Arxiv
news Image
2013.07.03
16:16
| A A A
Kəlləsini itirdi, 58 milyon dollar qazandı

ABŞ-da bir barda çıxan mübarizədə faciəvi şəkildə baş verən davada  kəllənin təxminən 25 faizini itirməsi nəticəsində danışa bilməz hala gələn Lopez Çej adlı adam, 58 milyon dollar təzminat almağa haqq qazanıb. Movqe.Az-ın xəbərinə görə, qohumları ilə bar işçiləri arasında çıxan davanı sakitləşdirmək istəyərkən mühafizəçilərin çubuqlarla dəfələrlə başına və ayaqlarına vurması nəticəsində xəstəxanalıq olan Çej kəllənin təxminən 25 faizini itirməsi nəticəsində danışıq qabiliyyətinə itirib. Hadisədən sonra mühafizəçilər qaçaraq izlərini itiriblər. Gündəlik həyatdakı bir çox ehtiyacını da tək başına qarşılaya bilməyən Çej isə həftələrcə reanimasiyada yatdıqdan və əməliyyat olduqdan sonra məhkəməyə müraciət edib. Barda təhlükəsizliyi təmin edən şirkəti məhkəməyə verən Çej Kaliforniya Məhkəməsinin verdiyi 58 milyon dollarlıq təzminatla birlikdə bölgədə aldığı ziyan nəticəsində ən yüksək miqdarda təzminat qazanan insan olaraq tarixə keçib. 12 münsif üzvündən 9-nun müsbət səsi verməsi ilə qazanılan tarixi təzminat sonrası müsahibə verən vəkillər Çejın beynində bir çox qalıcı ziyan meydana gəldiyini və 24 saat nəzarət lazım olduğunu dilə gətirərək sənədsiz və təhsilsiz təhlükəsizlik işçilərinin cəzalarını çəkmələri lazım olduğunu bildiriblər.

Sizin Reklam Yeriniz