news Image
2013.07.03
16:00
| A A A
Yeni şəhzadənin adı nə olacaq?
Movqe.Az xəbər verir ki, İngilis taxtının iki nömrəli varisi Şahzadə Uilliam və Kembric Düşesi Keyt Midltonun körpələrinin dünyaya gəlməsinə günlər qalmış, bütün dünyada körpəylə əlaqədar müxtəlif söz-söhbətlər yaranıb. Körpənin cinsiyyəti, kilosu, saç rəngi, hətta keysəriyyə yolu ilə doğulub-doğmayacağı kimi bir çox mövzuda olan mərclərə internet yoluyla dünyanın hər yerindən minlərlə insan qatılıb. Ən böyük iddialar, körpənin adı ilə bağlı olub. Qız adları olaraq Diana, Aleksandra, Şarlotte, Elizabet və Viktoria ilk sıralarda yer alıb. Oğlan adları üçün isə Corc, Ceyms və Luiz seçilib. Həmçinin Keyt Midltonun körpəsini dünyaya gətirəcəyi Londondakı "St. MARY'S Hospital" xəstəxanasının qarşısına  indidən dünyanın bir çox ölkəsindən jurnalistlər axın etməyə başlayıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs