news Image
2013.07.03
17:45
| A A A
Qadın körpü ilə evləndi

Avstraliyalı bir qadın, Fransanın cənubundakı "Pont du Diabli" körpüsü ilə evlənib. Movqe.Az "Independent" qəzetinin xəbərinə istinadən bildirir ki, memarlıq və körpü aşiqi Codi Roz, Herault bölgəsindəki "Saint-Jean-de Fos" çayı üzərində olan 600 yaşındakı körpünün "bir ərdən istəyə biləcəyi hər şeyə sahib olduğunu" bildirib. "Toy mərasiminə" aralarında bələdiyyə başçısının da olduğu təxminən 10 adam qatılıb. Roz, körpünün güclü, vəfalı, romantik və qoruyucu xüsusiyyətlərə sahib olduğunu, 600 ildir ayaqda olan tikintinin 600 il daha yaşayacağını söyləyib.