Əlaqə Arxiv
news Image
2013.07.03
18:03
| A A A
Qəhvə və çay təzyiqi qaldırmır

Mövqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Parisin Profilaktik və Klinik Tədqiqatlar Mərkəzinin alimlərinin onillik araşdırmaları göstərib ki, qəhvə və çay içmək qan təzyiqini artırmır. 


Həkimlər yüksək qan təzyiqi olanlara çay və ya qəhvədən çox az istifadə etməyi məsləhət görürlər. Lakin müşahidələr tam əksini göstərir.  Çay və qəhvə sevənlər bu içkilərdən istifadə etməyənlərdən daha sağlamdırlar.  Qəhvə və çay təzyiqin göstəricilərini artırmır. 


Alimlərin fikrincə, çayın müsbət təsirləri flavonoidlərlə bağlıdır. Bu maddə təzyiqi salaraq, qan damarlarını genişləndirir. Parisin Profilaktik və Klinik Tədqiqatlar Mərkəzinin alimlərinin onillik araşdırmaları göstərib ki, qəhvə və çay içmək qan təzyiqini artırmır. Gün ərzində 4 fincan çay və ya qəhvə içən insanların təzyiqi bu içkilərdən imtina edənlərdən aşağı olur. 4 fincandan çox kofein tərkibli içki qəbul edildikdə isə, ürəkdöyünmənin tezliyi aşağı düşür. 


4 fincandan çox çay və ya qəhvə içmiş təcrübə iştirakçıları ən aşağı sistolik və diastolik təzyiq, nəbz təzyiqi və ürəkdöyünmə tezliyinə malik idilər. Təcrübədə iştirak edən kişi və qadınların yaş həddi isə 16-95 olub.



Sizin Reklam Yeriniz