Əlaqə Arxiv
news Image
2013.07.04
16:22
| A A A
Bu komputer viruslarından ehtiyatlı olun!

Movqe.Az xəbər verir ki, Microsoft-un etdiyi araşdırma, Vobfus və Beebone ismli iki kompüter virusunun bir-birilərinə kömək edərək, silinməkdən xilas olduqlarını ortaya çıxarıb. İki virus da, davamlı digərinin ən yeni versiyasını yükləyərək, virus axtarma proqramlarını aşmağı bacarır. Virusların yeni halı, axtarış proqramları tərəfindən hələ tanınmadığı üçün, bu iki virus da təsir etdikləri kompüterlərdə qalmağı davam etdirə bilir. Təsir etdikləri kompüterləri, oğruların istifadəsinə açan viruslar, satılabilecek məlumatlara çatmağa imkan verir və ya başqa kompüterlərə hücumlarda istifadə edilə bilir. İki virus arasındakı 'həyat dəstək ortaqlığı', Microsoftun təhlükəli proqramlar mütəxəssisi Hyun Çoinin yazdığı bir bloqda açıqlanıb. Çoi, Windows əməliyyat sisteminə təsir edən iki virus Vobfus və Beeboneun çox böyük nisbətdə birlikdə olduqlarını söyləyib. Çoi, hədəf alınan kompüterə əvvəlcə Vobfusun təsir etdiyini, yükləndiyi kompüterlərdə gizlənmək üçün fərqli taktikalar tətbiq etdiyini açıqlayıb.

Sizin Reklam Yeriniz