Əlaqə Arxiv
news Image
2013.07.04
18:13
| A A A
"Firefox Os" artıq satışda

Movqe.Az xəbər verir ki, dünya nəhənglərindən Firefoxun bir müddətdir üzərində çalışdığı mobil telefonu əməliyyat sistemi Firefox Os-un ilk kommersiya modelləri tanıdılıb. Dünən İspaniyada satışa təqdim edilən Linux əsaslı mobil əməliyyat sistemi Firefox Os-un istifadə edildiyi ZTE Open və Alcatel One Touch Fire ağıllı telefon bazarına addım atıb. 3,5 düymlük ekran, 3,2 megapiksel kamera, 1GHz sürətli prosessor və 256MB yaddaşa sahib olan cihazlar böyük maraq çəkib. 8,9 sm (3,5 düym) ekran genişliyində standart xüsusiyyətlərə malik olan və aşağı qiymət modellərlə mobil bazara girən Firefox OS-lu ZTE Open və Alcatel OneTouch Fire telefonların qiyməti isə 69 Avrodan başlayır. Ilk mərhələdə İspaniya, Polşa, Kolumbiya, Venezüelle və Braziliya kimi inkişaf etməkdə olan bazarlara açılan Mozilla, bir çox ölkədə də mobil telefonu operatorları və istehsalçı firmalarla müqavilə bağlayıb. Mozillanın 2013 sonuna qədər Firefox əsaslı ağıllı telefon sayını artırması və həb kompüter inkişaf etdirməsi gözlənilir.

Sizin Reklam Yeriniz