news Image
2013.07.05
15:43
| A A A
Fransanı da dinlədilər

Movqe.Az xəbər verir ki, Le Monde, telequlaq sistemi "Prizma"ın Fransada da tətbiq olunduğunu və məlumatların kəşfiyyat xidmətlərinin arxivlənərək paylaşıldığını yazıb. Fransız Le Monde qəzeti ABŞ-ın istifadə etdiyi mübahisəli prizma sisteminə bənzəyən Fransız vətəndaşlarının bütün telefon və internet ünsiyyətinin izlənildiyini iddia edib. Qəzet, Fransa və xarici ölkələr arasında edilən bütün telefon, e-poçt, qısa mesaj və bənzəri ünsiyyət məlumatlarının kəşfiyyat xidmətləri tərəfindən yazıldığına dair dəlilləri gördüklərini bildirib. Le Monde, tətbiqi "Fransanın Prizması" deyə adlandırsa da, dinləmə və monitorinqin əhatəsinin nə qədər geniş olduğu çox dəqiq deyil. Le Monde, yazılan məlumatların, Fransız kəşfiyyat təşkilatı DGSE-in mərkəzi binasının üç mərtəbəsində arxivləndiyini də bildirib.