Əlaqə Arxiv
news Image
2020.03.31
21:51
| A A A
Pulunuzu koronavirusdan bu üsulla qoruyun

Türkiyənin Altınordu ilçəsində yaşayan 55 yaşlı Orxan Sarı koronavirusla mübarizə üsuluna görə diqqət çəkib.

Publika.az xəbər verir ki, 25 ildir market işlədən Sarı müştərilərdən aldığı pulları 100 dərəcə temperaturda qaynayan suya ataraq dezinfeksiya edir.

Ətrafdakılar onun yeni kəşfinə koronavirusla mübarizədə "Qara dəniz üslubunda həll" adını veriblər.

İş adamı açıqlamasında bildirib ki, insanlar pulu hətta əllərini ağız suyu ilə nəmləyərək sayırlar. Bu isə virusun yayılması üçün münasib şərait yaradır: "Gün ərzində əldən-ələ gəzən pulların virusu yayma riski yüksəkdir. Koronavirus yayılmadan öncə də müştərilərdən qəbul etdiyim pulları odekolonla dezinfeksiya edirdim. Əskinasları qaynar suya atıb çıxardıqdan sonra zərər görmürlər. Beləliklə müştərilərə təmiz pullar ötürürəm. Üslubuma yanaşmalar müxtəlifdir".

Sizin Reklam Yeriniz