Əlaqə Arxiv
news Image
2013.07.09
17:24
| A A A
"Samsung Galaxy S4" istifadəçilərinə şad xəbər

Movqe.Az xəbər verir ki, Samsung son zamanlarda çıxardığı telefonlarla gündəmdən düşmür. Son dəfə çıxardığı Galaxy S4-lə böyük səs gətirən Samsung Galaxy S4  texnologiyanın ən böyük nəhənglərindən biri olmağa davam edir. Samsungun rekord sayda satılan telefonu Galaxy S4 bu dəfə istifadəçilərinə daha bir şad xəbər verib. Mugen adlı firma Samsungun admiral gəmisi Galaxy S4 üçün daha güclü bir batareyanı satışa çıxarır .Ön sifarişləri başlayan bu yeni 5500 mAh-lıq batareya 22 İyulda satışa təqdim ediləcək. Mugen firmasının istehsaıyla bazara çıxarılacaq bu yeni batareya orjinal batareyanın 2600 mAh olan gücünü 5500 mAh-a çıxaracaq. 22 İyulda satışa çıxarılacaq bu batareyanın qiyməti isə 89.50 $ olaraq təyin olunub.

Sizin Reklam Yeriniz