news Image
2013.07.10
14:47
| A A A
Orucun tarixçəsi

Tarixdə bir çox dəlillər var ki,  oruc yəhudilər, məsihilər,başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular.Başda ərəb bütpərəstliyi  olmaqla günəş ve ay kultuna sahip tayfaların tanrılarının qəzəbli zamanında onu sakitləşdirmək üçün edilən ritual idi. Onların düşüncəsinə görə Tanrıları insanlara nəzarət edərkən ac qalır, yalnız  sonra yemək yeyir ve ehtiyyaclarını ödəyirdilər.Belə ki, bu yolla onun qarşısında acizlik və təvazökarlıq göstərib, günahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur. Qurani-kərim açıq-aşkar bəyan edir ki, bu ilahi əmr əvvəlki ümmətlərə də vacib olub.

  İslama qədər orucluq, yemək-içməkdən imtina və ya yeyib-içməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslində - isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani-kərimin hökmünə əsasən, orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdırılmışdır. Bu da hicri-qəməri təqvimlə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. Ramazan bayramı hicrətin 14-cü ilində (miladi 638-ci il) rəsmi şəkil almış və o zamandan müsəlmanların rəsmi bayramı elan edilmişdir.