Əlaqə Arxiv
news Image
2013.07.10
15:47
| A A A
Tələbələr universitetə təcavüz iddiası açdılar

Movqe.Az xəbər verir ki, ABŞ-dakı Yeşiva Universitetindən məzun olan 19 tələb, təhsil həyatları müddətində yaşadıqları təcavüzdən ötəri 380 milyon dollarlıq təzminat iddiası açıb. Nyu Yorkda 6 və İsraildə 1 universitetdə 3 mindən çox şagirdə liseydən etibarən təhsil verən Nyu York Yeşiva Universitetindən məzun olan 19 tələbə keçən onlarla il ərzində idarəçi, inzibati personal və alimlərin onlara cinsi təcavüz etdiyini, universitet rəhbərliyinin isə bu iddiaları araşdırmaq yerinə ört-basdır etməyə çalışdığını irəli sürüb.  İddiaların hədəfində isə universitetə ​​bağlı Yeşiva Kişi Liseyinin müdiri  Corc Finkelstein və Macy Qordon var. İkisi də iddiaları rədd etmələrinə baxmayaraq 1995-ci ildə məktəbdən istefa etmiş və İsrailə yerləşmişdilər. Universitet rektoru Norman Lamm isə keçən həftə istefa vermişdi.

Sizin Reklam Yeriniz