Əlaqə Arxiv
news Image
2013.07.12
17:22
| A A A
Bu saat 900 milyon ildə bir dəfə yanılır

Movqe.Az xəbər verir ki, alimlər, vaxtı hesablamaq üçün daha doğru bir üsul tapdıqlarını açıqlayıb. "Optik qəfəs saatı" adı verilən alətlər, hər 300 milyon ildə yalnız 1 saniyə itirərək zamanın hazırda istifadə edilən atom saatlarından 3 dəfə daha doğru hesaplanmasına imkan verir. Paris Rəsədxana araşdırmaçısı Dr. Jerome Lodevik, "Əvvəllər vaxtı hesablamaq üçün Yerin Günəş ətrafındakı dönüşünü əsas götürürdük. Bir tur, bir günə bərabər düşürdü. 1960-cı ildən bu yana vaxtı hesablamaq üçün istifadə edilən atom saatı, daha doğru bir ölçü təmin etdi. Lakin indi, zamanı daha düzgün hesablayan optik qəfəs saatı var "deyib.


Lazer şüası istifadə edilir


İnkişaf etdirdikləri saatlarda lazer şüaları işlətdiklərinə işarə edən Lodevik, "Lazer şüaları, mikrodalğa şüalarına nisbətən daha sürətlidir. Beləcə zamanı daha qısa aralıqlara bölür və daha doğru hesablaya bilirik "deyə söyləyib.


Hər 100 milyon ildə 1 saniyə itiririk OPTİK qəfəs saat, köhnə saatların zaman aralıqlarını ölçmək üçün istifadə edilən rəqqas ritmi yerinə atomların nizamlı titrəşmələrindən faydalanır. Hər 100 milyon ildə 1 saniyə itirən hal-hazırkı sistem, hərəkət etmələri üçün sezyum atomlarını mikrodalğalara məruz qoyur. Yeni sistem isə stronsium atomlarına hərəkət vermək üçün işığı istifadə edir.


Sizin Reklam Yeriniz