news Image
2013.07.12
16:51
| A A A
Çox oturmağın orqanizmə zərərləri

Uzun müddət oturaq şəraitdə qalmağın insan orqanizmi üçün ziyan olduğu hamıya bəllidir.

İsrailli elm adamları oturaq həyat tərzinin daha bir ziyanını müəyyən ediblər.

Belə ki, uzun müddət hərəkət etmədən oturan şəxslərin ayaqları böyüyür. Yəni bədənin aşağı hissəsində enlənmə müşahidə edilir.

İsrailli həkimlər yatalaq və əlil arabasına məhkum olan insanları araşdırdıqdan sonra belə qənaətə gəliblər. 

Mütəxəssislərin sözlərinə görə, uzun müddət oturduqda iki həftədən sonra ayaq əzələləri boşalır. 

Bir ay sonra isə bud hissədə yağ hüceyrələrinin sayı 50 faizə qədər artır.

Bunun üçün də mütəxəssislər oturaq işləyənlərə tez-tez ayağa qalxaraq gəzməyi tövsiyyə edirlər. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs