Əlaqə Arxiv
news Image
2013.07.12
18:11
| A A A
Uşaq ağlamağını ölçən cihaz

Movqe.Az-ın xəbərinə görə, yeni inkişaf etdirilən bir cihaz körpə ağlayışının səbəbini analiz edəcək. Bilindiyi kimi körpələr hələ danışa bilmədiləri üçün dərdlərini ağlayaraq bildirirlər. Yeni cihaz sayəsində körpələrin nə səbəbə ağladığı təyin olunacaq. ABŞ-dakı Braun Universiteti Qadın və Uşaq Xəstəxanasından elm adamları, inkişaf etdirilən cihaz sayəsində qulağın eşidə bilmədiyi səslərin diaqnoz edilməsini təmin edəcəyini bildirib. Akustik analiz edə bilən cihaz, kompüterlə əlaqədə olur və iki mərhələli çalışır.Elm adamları iki ildir bu cihaz üzərində çalışır və ilk mərhələdə cihaz, ağlamaları 12,5 milisaniyelik parçalara ayırır. Hər parça, bəzi parametrlərə görə səsi analiz edir. İkinci mərhələdə isə cihaz, ilk mərhələdəki məlumatları istifadə edərək ağlamağın səbəbi barədə daha geniş dünyagörüşü təmin edir və ən çox istifadə olunanlara görə parametr sayını azaldır. İnkişaf etdirilən cihaz ilə körpə ağlamaları nevroloji və inkişaf problemlərinin tez , ətraflı olaraq təyin olunmasını təmin edəcək. 


Sizin Reklam Yeriniz