Əlaqə Arxiv
news Image
2013.07.16
11:28
| A A A
Ramil Səfərovun xanımı ailəsi barədə danışdı

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov haqqında son günlər mətbuatda dərc olunan bəzi təsdiqlənməmiş məlumatlar onun ailəsini hiddətləndirib.


Modern.az saytının xəbərinə görə, Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova jurnalistləri zabit haqqında sensasiya axtarmaqda qınayaraq, KİV nümayəndələrindən onların ailə işlərinə qarşmamağı tələb edib.


"Son bir neçə gündə ailəmlə bağlı "xəbərlər" gördüm və dəhşətə gəldim".


Şəbnəm Səfərova mediada "Ramil Səfərov ata olacaq", "Ramil Səfərov icra başçısına zəng edib torpaq istəyib, o da imtina edib" başlıqlarıyla yayımlanan xəbərləri təkzib edib.


"Bir, biz valideyn olmağa hazırlaşmırıq, belə bir şey yoxdu. Olsa da, bu, məni və həyat yoldaşımı ilgiləndirəcək şeylərdi. İnsanlara öz həyatları, problemləri bəs eləyir. Onları bir də belə, həm də yalan xəbərlərlə yormayın.

İki Ramil heç kimdən heç nə istəməyib və istəmək fikri də yoxdu. Hansısa məmuru "vurmaq" istəyirsinizsə, öz çirkin yöntəmlərinizi özünüzə saxlayın", - deyə zabitin xanımı qəzəbli şəkildə vurğulayıb.


Bununla yanaşı, xanım Səfərova qeyd edib ki, düzdü, onlar ucqar rayonların hansısa ucqar kəndindən kiçik ev almaq istəyiblər, amma buna görə, heç bir məmura ağız açmayıblar:


"Düzdü, biz ucqar rayonların hansısa ucqar kəndindən kiçik ev almaq istəmişik. Çünki bu şəhərin yükü, böyüklüyü əzir adamı. Müəyyən yaşımızdan sonra ora köçüb sakit həyat yaşamaq istəyirik. Bununçün soraqlaşıb torpağını satan bir adamdan halal pulumuzla torpaq almaq istəmişik. Amma bürokratik sənədləşmə işlərinin çətinliyindən vaz keçmişik. Çünki yeni qanuna görə o adam torpağını satmaqçün auksiona çıxarmalıymış, sonra biz haralarasa ərizə yazıb auksionda iştirak etməliymişik və s. Bu uzunçuluğa görə torpaq sahibinə üzrxahlıq edib sağollaşdıq. Yenə deyirəm, kiməsə zəng, ya da xahiş olmayıb".


Ramil Səfərovla Şəbnəm xanımın toyu ötən il oktyabrın 9-da olub.


Sizin Reklam Yeriniz