Əlaqə Arxiv
news Image
2013.07.16
13:42
| A A A
Oruc tutanlar su içə bilər?!

"Oruc tutanlar susuzluğa dözə bilmədikləri anda az miqdarda su qəbul edə bilərlər". Bu fikirləri İranlı din xadimi Ayətullah Əsədullah Bayat Zəncani deyib.Din xadiminin sözlərinə görə, oruc tutanlar susuzluğa dözə bilmədikləri anda az miqdarda su qəbul edə bilər. Ayətullah deyib ki, oruc tutan şəxs susuzluqdan halsız vəziyyətə düşübsə, özündən gedirsə, susuzluqdan ölməməsi üçün su içə bilər və bu, orucu pozmaz.


Din xadiminin bu fikirləri din xadimləri, müsəlmanlar arasında fikir ayrılığı yaradıb. 

 

"Su içməklə orucumu davam etməzdim"


İlahiyyatçı alim Hacı Şahin Həsənlinin sözlərinə görə, əvvəllər də, bu cür fətvalar olub. Yəni, oruc tutduqlarına görə taqətdən düşən insanlar az miqdarda su qəbul edə bilərlər.  Lakin sonradan bunun qəzasını tutmalıdırlar."Əvvəlki fətvalarda bir günlük orucu pozanların, bir gün qəza tutması qeyd olunurdu. Ayətullah Əsədullah Bayat Zəncanin verdiyi  fətvada isə yenilik qəzanın olmamasıdır. Sonuncu fətvaya əsasən, çətin şəraitdə, yol çəkən, fəhlələr susuzluqdan əziyyət çəkərlərsə, su içə bilərlər, amma bunun qəzası tutulmur.  Həmin şəxs qida qəbul etmir, orucu pozulmuş hesab edilmir".


Hacı Şahin bütün din xadimlərinin fikirlərinə normal qarşılanmalı olduğunu deyir:"Əsas odur ki, onların fikirlərinin istinad nöqtəsi var.  Hədis İmam Sadiq Əlehhissəlamdan təhlil olunan hədisə istinad edilir. Həmin hədisdə su içməyə icazə verilir. Bunu faciə etmək olmaz.Bir neçə il əvvəl əhli sünnə məshəbindən olan alimlər də belə bir fətva vermişdilər.  Bu konkret bir məzhəbə aid deyil.  "Vəsailuş-şiə" adlı kitabda bu barədə yazılıb.Şəxsi fikrimə gəldikdə isə, su içməklə orucumu davam etməzdim, su içməkdən çəkinərdim, yaxud da bir gün qəzasını tutardım".


"Bu xəstələrin oruc tutması məsləhət deyil"


Bəs oruc tutanlar necə qidalanmalıdır, səhhətinə mənfi təsir edənlər oruc tutarkən nələrə diqqət etməlidir? Tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, səhhətinə mənfi təsir edənlər oruc tutmasalar yaxşıdır: "Oruc tutan insanlar isti havada kölgədə olmalıdırlar. Çünki  bu cür havalarda dəridə buxarlanma çox olur, bu isə qanda qatılaşmaya səbəb olur. Bu zaman insan səhhətində, xüsusən qanı qatılaşmaya meylli olanlarda ciddi problemlər yaradır. Oruc tutan şəxslər imsaq vaxtı çox maye qəbul etsinlər. Çox isti havada ürək-damar, onkoloji xəstələr, qanda tromblaşmaya meylli olanların oruc tutması məsləhət deyil.  Ən yaxşı halda isə onlar imsaq vaxtı dərman ata bilərlər ki, bu da gün ərzində onlara kömək edə bilər.  Hər kəs oruc tutmaqdan əvvəl tibbi müayinədən keçməli, həkim məsləhəti almalıdır".


Həkim iftar vaxtı necə qidalanmaqdan da danışdı:"Birdən-birə ac mədəyə çoxlu qida qəbul etmək düzgün deyil. İftar vaxtı ilk olaraq ilıq maye ilə başlamalıdır.  Bununla yanaşı xurma, peçenye istifadə etmək olar. Daha sonra isə duru yeməklər yeməlidirlər. Qidalanma bir neçə saat ərzində olmalıdır.Süfrəyə müxtəlif çeşidlərdə yeməklər düzmək düzgün deyil. Çünki insan  gün ərzində ac olur, birdən-birə də süfrədə gördüyü hər şeydən bir az dadmaq istəyir. Bu zaman isə mədəni çox yükləmiş olurlar ki, bu da sonra problem yaradır".


İran dini liderlərinin açıqlamalarına da münasibət bildirdi. Onun sözlərinə görə, bu məsələnin müzakirəyə ehtiyacı var. İmsaq vaxtı suyu elə qəbul etsinlər ki, sonradan buna ehtiyac olmasın. Su qəbul etmədən dayana bilməyənlər oruc tutmamalıdır".


Sizin Reklam Yeriniz