Əlaqə Arxiv
news Image
2013.07.16
16:22
| A A A
Mobil telefon alışqanlıqları - FOTOLAR

Movqe.Az xəbər verir ki, 2013 Mobil İstehlakçı Vərdişləri anketi açıqlanıb. Çıxan nəticələr olduqca çaşdırıcıdır.

ABŞ-dan 2021 nəfərin internet vasitəsilə qatıldığı anketə görə hər 10 nəfərdən biri cinsi əlaqə əsnasında belə telefonunu əlindən yerə qoymur. Anketdə iştirak edənlərin 12 faizi duş alarkən belə ağıllı telefonunu istifadə etməyə davam edir. 19 faiz kilsəyə gedəndə də telefon ilə məşğul olmağa davam edir. İştirakçıların 72 faizi gün ərzində zamanının böyük hissəsini telefonunn ən az 1 metr yaxınlığında keçirir. 55 faiz avtomobil istifadə edərkən telefonuyla maraqlanmağa davam edir. Cinsi əlaqə əsnasında əlaqəyə girdiklərini deyənlər isə yaşı 18-34 arasında olanlardır. 35 faiz kinoya getdiklərində filmi seyr edərkən belə bir gözü telefonda olur. 33 faiz bəyəndiyi insanla ilk görüşündə telefonunu ağılından çıxara bilmir. 32 faiz uşaqlarının məktəb fəaliyyətində və ya hər hansı bir məktəb nümayişində telefonuyla maraqlanmağa davam edir. Hər 10 nəfərdən 3-ü başqalarının telefonunu qarışdırdığını bildrib. Başqalarının telefonunu qarışdıranların 42 faizi subay, 25 faizi isə evlidir.
















Sizin Reklam Yeriniz