Əlaqə Arxiv
news Image
2013.07.17
17:21
| A A A
Putinin yeni macərası

Movqe.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin macəralarına yenisini əlavə edib. Daha əvvəl planerlə( motorsuz uçucu aparat) uçan, skuba ilə suya girən, Sibirdə at minən keçmiş KGB agenti indi də Finlandiya Körfəzinin dərinliklərində dənizaltı istifadə edib. Macərasevər şəxsiyyətiylə tanınan Putin kiçik dənizaltıyala 600 metr dərinliyə enərək 1869-cu ildə batan Oleg Fırkateyninin qalıqlarını araşdırıb. O, Gogland Adası sahillərində təxminən yarım saat suyun altında olub. Putin l 2009-ci ildə dünyanın ən dərin gölü olan Baykal gölünün dərinliklərinə də dənizaltıyla getmişdi. Rus lider 2011-ci ildə amfibiya reaktivi olan pilot kreslosuna oturub.

2008-ci ildə Rusiyanın şərqinə etdiyi gəzintidə sakitləşdirici verilmiş bir pələng üzərində olan iz sürmə cihazını təmir edib. 2010-ci ildə getdiyi Şimal Qütb bölgəsində Putin, bir qütb ayısına peykdən təqib cihazını da şəxsən taxıb.


Sizin Reklam Yeriniz