Əlaqə Arxiv
news Image
2013.07.18
12:49
| A A A
Dünyanın ilk Facebook dəfni - FOTO

Onu son mənzilə onlarla insan yola saldı. Lakin dəfn mərasiminə gələnlər arasında yalnız bir nəfər mərhumu tanıyırdı.

 

Yerdə qalanlar isə ölənin yaşamına bələd deyildilər.

Bu adamlar, sadəcə, mərhumun Facebook-dakı dostları idilər.

 

Mövqe.Az Daily Mail-ə istinadən bildirir ki, "Vik" ləqəbli, 67 yaşlı Rodni Silvesteri son mənzilə yola salanlar dəfn mərasimi başa çatandan sonra dağılışıblar.

 

Britaniyanın Kral Hərbi-Dəniz Qüvvələrinin sualtı qayığında xidmət etmiş Silvester "Sualtı Qayıqçılar Assosiasiyası" və "Britaniya Legionu" cəmiyyətlərinin üzvü olan Rodni Silvesterin Portsmut bölgəsindəki Roçester şəhərində keçirilən dəfninə də yığışanlar veteranlar, sabiq hərbçilərdi.

 

Keşiş Pol Mayls-Nayt deyib: "Dəfnə gələnlər mərhumun qohumları və ya real həyatdakı dostları deyildi. Bu, gördüyüm ilk Facebook dəfni idi. Amma hərbçilər dənizçi dostlarını tək yola salmadılar. Cənab Rodni Silvester rahat uyuya bilər".










































Sizin Reklam Yeriniz