Əlaqə Arxiv
news Image
2012.05.13
14:58
| A A A
ŞOK! Rambo intibah dövründə

Movqe.Az xəbər verir ki, Rambo obrazının unudulmaz aktyoru Silvester Stallonenin, Vatikan Muzeylərindeki freskin birindəki simanın inanılmaz bənzərliyi təəccüb doğurub.

İntibah dövrünün sənətçilərindən Raffaellonun ən məşhur fresklərinin yer aldığı "La Stanzadella Segnatura"da (İmza Salonu) olan fresk görənləri çaşdırıb. "Kardinal və Nəzəri Fəzilətlər" adlı freskdə təsvir edilən din adamlarından biri, Silvester Stallonenin sanki 500 il əvvəl də yaşadığını hiss etdirir. Raffaellonun1511-ci ildə hazırladığı freskdəki bu böyük bənzərliyinin fərqinə varan isə muzeyləri ziyarətə gələn Xarvard Universitetinin tələbəsi 20 yaşlı Entoni Zonfrel olub. ABŞ-lı tələbə E.Zonfrell, sosial şəbəkələrdə bu təəssüratını paylaşıb. E.Zonfrell, "Freski görər-görməz Silvester Stallonenin müdhiş surətidir düşündüm. Bu çox komik bir vəziyyətdir!", - yazıb.

Fuad Mədətov

Movqe.Az


Sizin Reklam Yeriniz