Əlaqə Arxiv
news Image
2013.07.18
16:30
| A A A
Gülən üz görmək beyin fəaliyyətini inkişaf etdirir

Məlumata görə təbəssüm və meditasiya beyin fəaliyyətinin inkişafına səbəb olur. Eyni zamanda insanın optimist olmasına səbəb olan təbəssüm yuxusuzluq probleminə çarə hesab olunur. Verilən xəbərdə bildirilir ki, İngiltərədəki Essex Universitetindən Elaine Fox, 20 ildir yuxusuzluqdan əziyyət çəkən televiziya aparıcısı və mətbuat işçisi Dr. Michael Mosley-ni beyin fəaliyyətini inkişaf etdirən üsullarla müalicəyə başlayıb.

Laboratoriyada Mosleynin beyninin sağ hissəsinin 3 qat çox aktiv olduğunu ifadə edən araşdırmaçılar, jurnalistdən 7 həftə boyunca hər gün fikirləşməyi və kompüter mühitində göstərilən fotoşəkillərdəki gülən üzləri mümkün olduğunca tez tapmasını istəyib. 

BBC-nin sənədli bir formada dərc etdiyi təcrübə nəticələrində aparıcının 7 həftə sonra daha xoşbəxt olduğu və yuxu nizamına qovuşduğu bildirilir. 

Mosley beyninin iki hissəsinin də tarazlığın nizamlandığını və özünün optimist insana çevrildiyini söyləyib.


Sizin Reklam Yeriniz