Əlaqə Arxiv
news Image
2013.07.19
13:48
| A A A
Məktəbli oğlanlar etiraz əlaməti olaraq yubka geyindilər - FOTO

Britaniyanın Uels bölgəsinin paytaxtı Kardiffdəki 10 oğlan məktəbdəki qadağalara və yasaqlara etiraz edərək yubka geyiniblər.

 

Mövqe.Az The Daily Mail-ə istinadən bildirir ki, Whitchurch High School-un direktoru məktəbdə oğlan şagirdlərin dərslərə şortlarda gəlmələrini yasaqlayandan sonra etirazlar başlanıb.

Havaların çox isti və bürkülü keçdiyini deyən bir qrup şagird etiraz aksiyasına başlayıblar.

 

10 oğlan artıq iki gündür ki, məktəbə qara rəngli yubka geyinərək gedirlər.

 

"Biz şort geyinmək istəyirik. Direktor anlamır ki, havalar isti keçir, şalvarda tərləyirik. Şortda nə qəbahət var axı?!" - dərsə yubkada gedən oğlanlardan biri, 15 yaşlı Teyron Evelin deyib.

 

Məktəbin direktoru Hyu Cons-Uilyams isə qərarını dəyişməyəcəyini bildirirərək dərslərə yubkada gedən oğlanlara şalvar geyinmələrini məsləhət bilib.

 

Teyronun anası, 51 yaşlı Andrea Con isə məktəb direktorunun davranışını "mənasız və əsassız inadkarlıq" 

adlandırıb

.



























 

Sizin Reklam Yeriniz