news Image
2013.07.22
14:56
| A A A
İnternet asılılıqları olanlar üçün poliklinka açılıb

Mövqe.az xəbər verir ki, qardaş Türkiyə respublikasında internet asılılıqları olanlar üçün dövlət xəstaxanalarının birində poliklinka açılıb. 

Həmin poliklinkada çox sayda xəstənin müalicə gördüyü və internet asılılığından xilas olub, normal həyata döndüyü bildirilir. Müasir texnologiyalardan hesab olunan kompüter və internet bir sıra şəxslərin həyatına və gələcəyinə mənfi təsir göstərərək onların yaşamını iflic vəziyyətə salıb. Səhhətə zərər verən formada istifadə edildikdə bu texnologiya insanın digər xəstəliklərə tutulmasına da imkan yaradır. Artıq çəki problemi, müxtəlif ağrılar, gözdə zəifləmə və s. xoşagəlməz hallar buna misal ola bilər. 

İctimai və ailə münasibətlərində pozulmalar, məktəb, iş yeri kimi həyat sahələrində baş verən problemlər, həddindən artıq kompüter başında oturma nəticəsində yaşanan çoxlu sayda səhhət pozğunluqları, psixoloji problemlərə, həmin şəxslərin gələcək həyatında böyük çətinlik və geriliyə gətirib çıxarır. Bu baxımdan, sözü gedən layihə bu mənfiliklərdən xilas olma adına fəaliyyət göstərir. Həmin layihədə internet istifadəsini nəzarətdə saxlamaq hədəflənməklə, asılılıqlarla əlaqədar məlumatlandırma aparıldığı da bildirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs