Əlaqə Arxiv
news Image
2013.07.22
17:08
| A A A
Cəsəd çiçəyi

Movqe.Az xəbər verir ki, ABŞ-da çürümüş ət kimi iy verən nəhəng "cəsəd çiçəyi", uzun intizardan sonra çiçək açıb. Nəhəng yağış meşəsi bitkisi, Kapitol binasının yanındakı ABŞ Botanika Bağında dünən günortadan sonra açmağa başlayıb. Bağ səlahiyyətliləri, çiçəyin yaydığı qoxunun çoxaldığını, bir və ya iki gün çiçəyin daha açıq halda qalacağını açıqlayıb. Ədəbiyyatdakı adı "Titan arum" olan "cəsəd çiçəyinin", ana yurdu İndoneziyanın Sumatra adasında tropik yağış meşələrdiri. 1878-ci ildə kəşf edilən çiçəyin yaydığı üfunət qoxusunun, böcəkləri cəzb etdiyi deyilib. 

Sizin Reklam Yeriniz