news Image
2013.07.24
11:04
| A A A
Donuz əti yeyərək Ramazan təbriki göndərdiyinə görə həbs edildi

Hakim onları girov müqabilində azadlığa buraxmaqdan imtina edib

Malaziyada müqəddəs Ramazan ayında sosial şəbəkələrdə donuz ətindən hazırlanan yeməklərin fotolarının yayılması təhqir kimi qiymətləndirilib.Mövqe.az-ın Anspress-ə  istinadən verdiyi məlumata görə, prokurorluq "Facebook" şəhifəsində donuz ətindən hazırlanan şam yeməyinin fotosunu yayan 2 nəfərə qarşı cinayət işi açıb. Onları 8 ilə qədər həbs gözləyir.


"The Huffington Post" xəbər verir ki, 20 yaşlı Alvin Tan və Vivian Li donuz əti yedikləri yerdə çəkilən şəkillərini yayaraq həmvətənlərini Ramazan münasibətilə təbrik edib.


Daha sonra gənclər bunu zarafatla etdiklərini bildirsələr də, hakim onları girov müqabilində azadlığa buraxmaqdan imtina edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs