Əlaqə Arxiv
news Image
2013.07.24
15:00
| A A A
Çəki atmağa kömək edən ədviyyatlar
Mətbəx dolabınızda saxlamanız lazım olan otlar və ədviyyatları öyrənin, onları həyatınıza əlavə edin

Mövqe.az Türkiyə mətbuatına istinadən çəki atmağa kömək edən ədviyyatları sizə təqdim edir:



Nanə


Həzm sisteminin fəaliyyətini stimullaşdırır, iştahanı azaldır və insanda toxluq hissi yaradır.



Razyana


İştahanı və aclıq hissini azaldır. Sidikqovucu xüsusiyyətlərə malikdir. Orqanizmdə olan toksinlərin maye yolu ilə atılmasını təmin edir. Bu dadlı bitki eyni zamanda, həzm prosesinə də müsbət təsir göstərir.



Cəfəri


Təbii bir sidikqovucudur. Eyni zamanda, qaraciyər və böyrəkləri təmizləyir. Həzmə köməkçidir. Çəki itkisində böyük təsiri var. 



Zirə


Həzmə kömək edir. Metabolik funksiyaları yaxşılaşdırır. İmmunitet sistemini gücləndirir və qan axımını artırır.



Hil


Sağlam həzm prosesini təmin edir və maddələr mübadiləsini sürətləndirir. Antispazmolitik xüsusiyyətlərə malikdir. 



Zəncəfil


Həzmə köməkçi olan bu ədviyyat, həm də  çox yaxşı bir sidikqovucudur. Şişkinliyi azaldır və xolesterinin  sorulmasına mane olur. Termogenik xüsusiyyəti sayəsində çəki itirməyi asanlaşdırır. Bədənin istiliyini yüksəldir.



Sarıkök


Həzmə kömək edir, metabolik funksiyaları yaxşılaşdırır və bədəndə yağ yandırılmasını sürətləndirir. Bundan başqa, antioksidant xüsusiyyətlərə malikdir.


Darçın


Qan dövranını artırır və çəki atmağa kömək edir.  Piylənmə və qarın yağlarıyla mübarizəni asanlaşdırır. Xolesterinin səviyyəsini salır. İnsulin müqavimətini nizamlayır.



Xardal toxumu


Yağ yandırılmasını və maddələr mübadiləsini sürətləndirir. Çəki atmağa böyük köməkçidir. 



İstiot (qara bibər)


Sehrli bibər də deyilə bilər. İstiotun orqanizmə 20 dəqiqəlik gəzinti təsiri yaratdığı araşdırmalarla müəyyən olunub. Yağ yandırılmasını sürətləndirir.



Qırmızı bibər 


Söhbət çəki atmaqdan gedirsə, qırmızı bibər ədviyyatların kraliçası sayılır. Maddələr mübadiləsini 25 % sürətləndirdiyi araşdırmalarla isbatlanıb.

Sizin Reklam Yeriniz