news Image
2013.07.24
17:43
| A A A
iPhone satış rekordu qırdı!

Movqe.Az xəbər verir ki, Applenin ötən iyun ayında nəticələrini çıxartdığı satış hesabatları, 3 aylıq bir dövrdə 35.6 milyard dollarlıq bir qazanc əldə edildiyini aşkar edib. Çıxarılan bu qazanc cədvəli daxilində, hissə başına əks olunan gəlirin 7.47 $ olduğu bilinsə də, təyin olunan hədəfin, 35 milyard dollarlıq bir satış və hissə başına düşən 7.32 $-lıq bir gəlir olduğu müəyyənləşib.  Təqdim edilən hesabatda; 3 aylıq bir satış müddəti ərzində 31.2 milyon ədəd iPhone, 14.6 milyon ədəd iPad və 3.8 milyon ədəd Mac satışı reallaşdığı deyilib, başqa sözlə 1 saniyədə 4 iPhone-un satıldığından da bəhs edə bilərik. Əldə edilən bu satış müvəffəqiyyətinin təməlində isə, iPad ilə gözlədiyi müvəffəqiyyətə çata bilməyən Apple-ın iPhonelarla uğur qazanacağı gözlənilir.