Əlaqə Arxiv
news Image
2013.07.26
22:51
| A A A
Canlı yayımda körpə payladılar

Movqe.Az xəbər verir ki, Pakistanda bir televiziya proqramı, Ramazanda proqram reytinqlərini artırmaq üçün kimsəsiz körpələri paylamağa başlayıb. Pakistanda bir televiziya proqramında kimsəsiz körpələri istəyən ailələrə verilməsi tənqidlərə səbəb olub. Ramazan ayında yaşanan reytinq problemlərrindən qalib çıxmaq üçün aparıcı Aamir Liaquat Hussain, Ramazan başladığından bu yana 2 kimsəsiz körpəni paylayıb. Ötən həftəki proqramda Hussainin körpəni hər hansı ailəyə verə bilmək üçün söylədiyi "Bu qız körpəsi bəziləri tərəfindən zibil yeşiyinə atılmışdı. Baxın, nə qədər gözəl və günahsız bir qızdır" şəklindəki sözləri tənqidlərə səbəb olub. Tərk edilmiş körpələrdən biri 14 ildir uşağı olmayan bir ailəyə verilib. Pakistanı ikiyə bölən televiziya proqramı bəzilərinə görə, kimsəsiz körpələrin bir ailəyə qovuşması baxımından faydalıdır , bəzilərinə görə isə reytinq rəqabətinə körpələr alət edilməməlidir.

Sizin Reklam Yeriniz