news Image
2013.08.02
13:02
| A A A
5 yaşlı qız ana oldu

Bioloji qanunlara görə hesab edilir ki, qadın övladı cinsi yetkinliyə və klimaksa qədər dünyaya gətirə bilər.  Ancaq ayrı-ayrı insanların genetik xüsusiyyətləri uşağı daha erkən və ya əksinə gec yaşda gətirmək imkanını verir. Odur ki, dünyada uşaqların və qoca qadınların ana olmaları faktı məlumdur. 

Tibb tarixində ən cavan ana – Peru sakini Lina Medinadır.  Qız 1933-cü ilin 27 sentyabrında dünyaya gəlib və artıq uşaq ikən ana olub. O, 5 yaş, 7 aylığında dünyaya uşaq gətirib.

Hadisə belə olub: - Valideynləri beş yaşlı Linanı xəstəxanaya gətiriblər. Onlar qızlarının qarın nahiyəsinin böyüməsindən narahat imişlər. Əvvəl-əvvəl güman edilib ki, qızda şiş var. Ancaq müayinədən sonra aydın olub ki, uşaq hamiləliyin yeddinci ayındadır. Həkim Xerardo Lozada gələcək ananı paytaxt Peruya aparıb ki, digər mütəxəssilər də faktı təsdiqləsinlər.    

Ay yarımdan sonra 1939-cu ilin 14 mayında Lina oğlan uşağını qeysəriyyə yolu ilə dünyaya gətirib. Çanaq sümüyü yaxşı inkişaf etmədiyindən uşaq təbii yolla dünyaya gətirilə bilməzdi, odur ki, əməliyyat qaçılmaz idi. Cərrahiyyəyə həkim Lozada Bussleu başçılıq edirdi, anesteziyaya görə isə həkim Kolretta məsuliyyət daşıyırdı. 

Yeni doğulmuş körpənin çəkisi 2,7 kq təşkil edib. Onun adını həkimin şərəfinə Xerardo qoyublar. Körpə böyüdükcə ona Linanın qardaşı olduğunu söyləyibdilər. Linanın onun anası olduğunu uşaq doqquz yaşı olanda öyrənib. 

Ən gənc ananın oğlu sağlam böyüyüb. Lakin o, 1979-cu ildə (40 yaşında) beyin sümüyünün xəstəliyindən vəfat edib.      

Linanın necə hamilə qalması sənədləşdirilməyib. Qız heç vaxt övladının atasının adını açıqlamayıb. Lina bütün müsahibələrdən imtina edib. 

Məlumdur ki, Medina sonralar Raule Cerardo adlı gəncə ərə gedib. İkinci övladını Lina 1972-ci ildə dünyaya gətirib. Ailə Limanın kasıb rayonunda yaşayırmış. Bura həmçinin,  "Chicago Chico" ( "Kiçik Çikaqo") adı ilə də məşhurdur. 

Keçən əsrin 30 –cu illərində Linanın atasını qızını zorlamaqda ittiham edərək  həbs ediblər. Lakin polislər zorlama faktını sübut edə bilməyiblər.

1934-cü ildə isə 6 yaşlı başqa uşaq hamilə qalıb. Belə faktlar təəssüf ki, barmaqla sayılan olsa da, mövcuddur.

Tarixdə artıq çox yaşlı vaxtında ana olanlar da var. Planetin ən yaşlı anası Hindistandan olan 70 yaşlı Omkari Panvardır. 2008-ci ilin iyulunda o, əkiz uşaq dünyaya gətirib. 

Qeyd etmək lazımdır ki, Panvarın başqa övladları vardı: İki böyük qızı, həmçinin, beş nəvəsi. Ancaq ər-arvad varis - oğul barədə düşünürdülər. 

Öz arzusu uğrunda 77 yaşlı ailə başçısı Çaran – Sinqx torpaq sahəsini girov qoyub, olan –qalanını satıb. Əldə olunmuş pullar süni yolla uşaq dünyaya gətirməyə xərclənib. Nəticədə, hərəsi 900 qram çəkisində olan qız və oğlan övladı dünyaya gəlib. Onlar təyin olunmuş doğuş vaxtından bir ay əvvəl doğulublar.(publika.az)


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs