Əlaqə Arxiv
news Image
2013.08.02
20:15
| A A A
Ömründə ilk dəfə bilet aldı, milyoner oldu

Movqe.Az xəbər verir ki, Şotlandiyada bir gənc qız, həyatında ilk dəfə satın aldığı lotereya biletiylə  sterlinq milyoneri olub. Şotlandiyanın Midlothian əyalətində yaşayan, 17 yaşındakı Ceyn Park, həyatında ilk dəfə satın aldığı bir lotereya biletiylə  milyoner olub. EuroMillions lotereyasının böyük mükafatını qazanan gənc qız  həmçinin böyük bir alış-veriş paketi və İspaniyanın lüks turist adası İbizada bir tətilin da sahibi olub. Bir futbol fanı olan Ceynin qazandığı pul ilə reallaşdırmaq istədiklərinin ilki isə,  Şotland Premyer Liqası üçün mövsümlük bilet almaq olacaq. Könüllülərə dəstək verən bir quruluşda assistent olaraq çalışan Ceyn, böyük mükafat qazandıqdan sonra, "Bu lotereya həyat tərzimizi dəyişdirəcək, amma məni dəyişdirəcəyini sanmıram. Keçmiş 17 il boyunca necə idimsə, elə də qalacam" deyib.

Sizin Reklam Yeriniz