Əlaqə Arxiv
news Image
2013.08.02
17:52
| A A A
Mentollu siqaretə qadağa gəldi!

Movqe.Az xəbər verir ki, AB Sağlamlıq Nazirləri, Lüksemburqda İrlandiya Səhiyyə naziri Ceyms Raillinin başçılığında etdikləri yığıncaqda, mentollü siqaretlərin qadağan edilməsi mövzusunda ortaq qərara gəlib.  AB Sağlamlıq Nazirlərinin və Xalq Sağlamlığı Komitəsinin almış olduğu qərar, AB Parlamentinin 10 Sentyabr 2013-cu il günü Strasburqda keçiriləcək konfransında açıqlanacaq və səs veriləcək. Xalq Sağlamlığı Komitəsi həmçinin, tütün məhsullarını daha cazibədar hala gətirə biləcək olan müxtəlif qoxu vitamin, kafenin və taurin əlavə olunmasını da qadağalar arasına daxil edib. Xalq Sağlamlığı Komitəsinin aldığı digər qərarlara görə, paketlərin üzərində bir tütün məhsulunun digərlərinə görə daha az zərərli olduğuna işarə edəcək ifadələr yazılmayacaq. Tütün məhsullarının kosmetik və ya qida məhsullarına bənzər şəkildə çıxarılması qadağan ediləcək. Tütün məhsullarının paketləri üzərindəki səhiyyə xəbərdarlıqları, paketin hər iki üzündə yer alacaq.

      


Sizin Reklam Yeriniz