Əlaqə Arxiv
news Image
2013.08.05
16:48
| A A A
Cinsi performans artırıcı dərmanla yaşayır

Movqe.Az xəbər verir ki, az qala bütün daxili orqanları səhv yerlərdə yerləşən körpə 7 saatlıq bir əməliyyat və xəstəxanada keçən aylardan sonra xilas edilib. İndi isə həyatda qalmaq üçün damarlarını genişlədən cinsi performans artırıcı dərmana möhtacdır. İngiltərənin "Roxburghshire" şəhərində bağırsaqları, mədəsi və qaraciyərinin bir qisimi sinə qəfəsinin içində doğulan Reuben Pakston adlı 5 aylıq körpə, gündə düz dörd dəfə cinsi performans artırıcı dərman alaraq həyatda qalır. Doğumundan yalnız 4 gün sonra 7 saatlıq əməliyyatla orqanları olması lazım olan yerlərə daşınan və ağciyərlərinin inkişafı üçün sinə qəfəsində yer açılan talehsiz körpə üç ay xəstəxanada qaldıqdan sonra həyat döyüşünü qazanaraq evinə dönüb. Ürəyində də bir dəlik olan Reubenin 33 yaşındakı anası Daun Pakston, "Reubenin dövran sistemi də pisdir həddindən artıq yüksək təzyiqi var. Dərman damarlarını genişləndirir və qan dövranının daha asan reallaşmasını təmin edir. Gündə dörd dəfə bu dərmanı almasa qan dövranı pozula bilər və həssas ciyərləri çökə bilər "deyib. Hələ balonla bəslənən körpənin həkimləri dərman olmadan Reubenin həyatda qalma şansının olduqca aşağı olduğunu bildirib. Körpənin nə qədər müddət cinsi performans artırıcı bu dərmanı istifadə etməyə davam edəcəyi isə hələlik müəyyən deyil.


Sizin Reklam Yeriniz