Əlaqə Arxiv
news Image
2013.08.05
21:00
| A A A
Orucluqdan sonra nə etməli?

Movqe.Az xəbər verir ki, Ramazan ayı boyunca fərqli saatlarda yatmaq, ac və ya susuz qalmaq, yemək yemə nizamını dəyişdirmək, yeni nizama örgəşmək maddələr mübadiləsini dəyişdirə bilir. Həkimlər Orucluqdan sonra aşağıdakıları etməyinizi məsləhət görür:

• qarşınıza gələn hər şeyi o anda yemək məcburiyyətində deyilsiniz. Qarınınızı şişirtməyin. Unutmayın ki, hələ bir gün əvvəl gün boyu mədəniz boş dolaşırdınız və bu bir ay müddətində belə davam edib. Bədəninizin bir anda 30 günü unutmağını gözləməyin.

• Bədənin enerjisini artıran nahara geri dönürsünüz. Səhərlər tam taxıllı çörək və zülal almağa laqeyd yanaşmayın.

• Nizamlı yemək qədər nizamlı maye almaq da əhəmiyyətlidir. Suyun isti yay günlərində əhəmiyyəti bir az daha artır.

• Bir ay boyunca siqaretə qadağa gətirdiniz. Bu fürsətdən faydalanın, siqareti buraxın.

• İftar imsak deyərkən gecə yeməyə alışdınız. Dərhal bundan imtina edin, əks halda kilo alarsınız.

• Artıq gündəlik fəaliyyətinizə və idmana geri dönə bilərsiniz. Bədəninizi daim hərəkət etdirin.

• İftar süfrələri ailənizi yenidən bir araya gətirərək romantik birliyinizi qüvvətləndirirdi. Bu vərdişi pozmadan davam etdirin.

• İmsakla bölünən yuxu artıq normal ritminə girəcək. Hər gün ən azı 8 saat yatmağa laqeyd yanaşmayın.

• Ramazanda şirin süfrəsi bir ay müddətində süfrələrinizi bəzəyirdi. Artıq bu vərdişinizi də tərk etməlisiniz. 

Sizin Reklam Yeriniz